клубGənc Sahibkarlar Klublarının (GSK) məqsədi sahibkarlıq təhsili ilə bağlı məlumatlılığı artırmaq, kənd yerlərindən olan gənclər və ya gənc sahibkarlar arasında bilik və təcrübələrin mübadiləsi üçün şəbəkələr yaratmaqdır. Onlar Ukrayna, Azərbaycan və Gürcüstanda yaradılacaq.

GSK-ı yaradıcı gənclərin sahibkarlıq potensialının və fikirlərini qeyri-formal öyrənmə, praktik təcrübə və sahibkarlıq təhsilinə innovativ yanaşmalar yolu ilə inkişafının dəstəklənməsinə əsaslanacaqdır. Onlar həm də gənclərin regional və rayon səviyyəsində məsləhət ala biləcəkləri bir mərkəz olacaqlar.

GSK-ı layihə ölkələrinin (Ukrayna, Azərbaycan və Gürcüstan)  hər birində fəaliyyət göstərməyə davam edəcək və kənd gənclərini əhatə edəcəkdir, onlara keyfiyyətli biznes planları yazmağı və aidiyyəti orqanlarla birlikdə biznesin inkişafına kömək etməyə davam edəcək. Layihə bitdikdən sonra veb-platforma da hazırlanmış “Mentor” proqramı vasitəsilə layihənin icrası sayəsində biznesinə başlayan yeni sahibkarlar üçün fəaliyyət göstərəcəkdir.

Ukrayna, Gürcüstan və Azərbaycanda yaradılan Gənc Sahibkarlar Klubları iqtisadiyyatın inkişafı məsələlərinə istiqamətlənəcək, iqtisadiyyata çevrilmə siyasətlərinə və proseslərinə təsir göstərmək üçün səlahiyyətlilərə təkliflər verəcəkdir.

Gəncəbasar regionunda 3 klub yaradılıb: Mərkəz Gəncə Avropa Gənclər Paytaxtı 2016 İctimai Birliyinin ofisi daxil olmaqla, Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) şəbəkəsi Gəncə ofisi, Gənclərin İnkişafı və Karyera Mərkəzi Gəncə ofisi. Yeni klubların yaradılması Gəncəbasar regionu üçün də aktivdir!